Moskva Kadırovu “vurur”

media-hightechnic-468x90

Rusiya hakimiyyəti Çeçen elitasının ölkənin digər regionlarındakı gizli təsir mexanizmlərini zəiflətmək istiqamətində addımlar atır.

Yenicag.az xəbər verir ki, “INSIDER BLACK” mənbəsinin məlumatına görə, Moskva artıq Çeçenistandan kənarda Kadırovun adamlarının fəaliyyətinə qarşı sistemli kampaniyaya start verib.

Mənbənin bildirdiyinə görə, Başqırdıstanın Ufa şəhərində Çeçenistandan olan və regionun cinayət dünyasına nəzarət edən “nəzarətçi” saxlanılıb. O, müxtəlif rayon və həbsxanalar üzrə “məsul şəxslər” təyin edir, eləcə də “ümumi kassa”nın toplanmasına rəhbərlik edirdi.

Hazırda Çeçenistan hakimiyyətinə yaxın şəxslər də toxunulmazlıqdan məhrum edilir. Qanunvericiliyə əsasən, cinayət iyerarxiyasında yüksək mövqe tutmaq 15 ilədək həbs və iri məbləğdə cərimə ilə cəzalandırıla bilər.

Ekspertlər bu hadisəni Ramzan Kadırova yönəlmiş xəbərdarlıq kimi qiymətləndirirlər. İnsayderlərin fikrincə, Kreml Çeçen klanlarının kriminal əlaqələrini məqsədyönlü şəkildə zəiflədir, beləliklə, Moskva üçün potensial rəqib ola biləcək regional şaquli strukturları ləğv etməyə çalışır./Musavat/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa