Moskva meri İlham Əliyevə məktub göndərib

media-hightechnic-468x90

Moskva şəhərinin meri Sergey Sobyanin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqı demokratik və iqtisadi dəyişikliklərin daha da inkişaf etdirilməsi, sabitliyin, dövlətçiliyin möhkəmləndirilməsi xeyrinə mühüm seçim etdi. Bu seçim Rusiya ilə mehriban qonşuluğun və çoxtərəfli əməkdaşlığın da inkişafına töhfə verəcək. Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyət bizim yaxın xarici ölkələrlə çoxtərəfli əlaqələrimizin prioritet istiqamətlərindən biridir. Əminəm ki, tərəfdaşlığımızın keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatması üçün hazırda ən əlverişli şərait mövcuddur. Biz də öz tərəfimizdən bu prosesin sürətləndirilməsi üçün nə lazımdırsa etməyə hazırıq. Ölkələrimiz arasında yaranmış konstruktiv əlaqələri qardaş xalqlarımızın tərəqqisi naminə inkişaf etdirmək üçün Sizin səylərinizi yüksək qiymətləndiririk. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600