Trampın planını kim pozur? – “İsrail Livandan çıxmaq istəmir, Amerikaya tabe olmur”

media-hightechnic-468x90

“İsrail kəşfiyyatı Qalibafı öldürəcəkdi, ABŞ mane oldu.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

media-17821395023743846724_1200x630

Politoloq ABŞ-İran danışıqları ərəfəsində İranın danışıqlarda iştirak edən liderlərinin İsrail tərəfindən öldürülməyə çalışılmasından, amma Amerikanın bunun qarşısını almasından bəhs edib:

“İsrail kəşfiyyatı İranın ali dini rəhbəri və ətrafını fevral ayında məhv etdi və bundan sonra kəşfiyyatın qarşısındakı əsas məqsəd İranın bütün rəhbərliyini məhv etmək idi. Daha sonra Laricani kimi güclü siyasətçini sıradan çıxartdılar. İndi isə İran tərəfindən danışıqları aparmağı Əraqçi və Qalibaf öz üzərinə götürüb. Bu şəxslər də İsrail kəşfiyyatının əsas nişangahıdırlar. Artıq ABŞ-İran danışıqları başlayandan sonra bu şəxslər də məhv edilsə, hakimiyyət birbaşa SEPAH-ın əlinə keçəcəkdi. Bundan sonra isə danışıq olmayacaq və müharibə tərəfdarı olan SEPAH İsrailə ağır zərbələr endirəcəkdi, ABŞ bazalarını məhv edəcəkdi. Bunun qarşısını almaq üçün ABŞ kəşfiyyatı İranı vaxtında xəbərdar edərək ABŞ-İran danışıqlarından qayıdan Qalibafın sağ qalmasına şərait yaradıb. Daha sonra o, təyyarə ilə deyil, avtomobillə Tehrana qayıdıb. Hazırkı gərgin dövrdə bunlar gözləniləndir və müvafiq tədbirlər görülərək mühafizəni gücləndirirlər. Hər bir halda İran danışıqlar üçün İslamabada gedərkən İsrail Qalibafın təyyarəsini vura bilər. Bu da Amerikanı qayğılandırır. Bu baş verərsə, danışıqlar alınmayacaq və müharibə yenidən qızışacaq. Bu isə Trampa sərf etmir. Tramp bu müharibə səbəbindən seçici itirməyə davam edir. Aralıq seçkilərində də respublikaçıların uduzmaq ehtimalı böyükdür. Ona görə də Tramp bu müddətdə müharibə istəmir, Tehranla danışıqlar yolu ilə məsələni həll etməyə çalışır. İmzalanan 14 bəndin tam yerinə yetirilməsi çətindir və ilk bəndi də məhz İsrail pozur. İsrail Livandan çıxmaq istəmədiyini bildirir. Onlar Amerikaya tabe olmadıqlarını və müstəqil qərar qəbul edə bildiklərini, milli təhlükəsizliyi qorumaq üçün Livandan çıxmayacaqlarını bildirirlər.”

Politoloq qeyd edib ki, müqavilənin imzalanması vaxtı məhduddur:

“Müqavilə iyunun 18-də imzalandı, amma avqustda vaxt bitir. Hazırda ABŞ-da müzakirə olunan məsələ budur ki, müddətin sonuna qədər olmasa, yenə danışıqları davam etdirmək lazımdır. Görünən odur ki, Tramp məsələni diplomatik yolla həll etməyə çalışır. Bundan öncə ABŞ bildirmişdi ki, 60 gün müddətində razılıq əldə olunmasa, ABŞ yenidən zərbələr endirəcək.”

E. Həsənov hazırda Amerikanın İrandan daha çox İsrail böhranının mövcud olduğunu vurğulayıb:

“Görünən odur ki, ABŞ və İsrail arasında böyük narazılıq yaranıb. Netanyahu etiraf edib ki, indiyəcan Amerikadan aldıqları yardımı almayacaqlar. Böyük ehtimalla ABŞ artıq onlara yardım etməyəcəyini bildirib. İsrail Amerika yardımları ilə iqtisadi və hərbi gücünü artırırdı, amma artıq bu olmayacaq və onlar tək qalacaqlar. Hər bir halda İsrail Amerikanı yenidən müharibəyə sürükləməyə çalışır, amma ABŞ artıq öz milli maraqlarına uyğun olaraq müharibə yox, sülh istəyir. Bu yolla həm özünü qalib kimi göstərməyə çalışacaq, həm də seçkilərdə qalib gəlmək istəyəcək.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05