!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada dəhşət: Sərnişin təyyarəsi yana-yana eniş etdi: 41 ölü - VİDEO

!Reklam – Yazi

Rusiyanın “Şeremetyevo” hava limanında baş verən təyyarə yanğınında ölənlərin sayı 41-ə çatıb.

Bunu İstintaq Komitəsinin nəqliyyat üzrə Moskva Regionlararası İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib.

Hazırda bütün xilasetmə işləri başa çatıb.

***

22:50

Rusiya Baş naziri Dmitri Medvedyev Şeremetyova hava limanında baş verən təyyarə yanğını hadisəsinin araşdırılması və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsi ilə bağlı dövlət komissiyasının yaradılması təlimatını verib.

Bu barədə baş nazirin mətbuat katibi Oleq Osipov ictimaiyyətə açıqlamasında deyib.

O, bildirib ki, Medvedyev nəqliyyat naziri Yevgeni Ditrix və səhiyyə naziri Veronika Skvorçova ilə əlaqə yaradaraq bu yöndə müvafiq tapşırıqlar verib.

Aeroportda operativ qərargah yaradılıb.

Ölkənin İstintaq Komitəsi hava nəqliyyatının istismarı üçün təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.

Həmçinin Nəqliyyat Prokurorluğu təyyarənin yanması faktı ilə bağlı yoxlamalara başlayıb.

***

20:30

Moskva – Murmansk reysi üzrə uçan “Aeroflot”a məxsus Superjet-100 sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Yenicag.az xəbər verir ki, enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.

Fövqəladə Xidmət təmsilçisinin sözlərinə görə, yanğın nəticəsində 13 nəfər ölüb, 6 isə nəfər xəsarət alıb.

Təyyarədə olan 78 sərnişinin hamısı təxliyə edilib.

“Fobos” hava mərkəzinin əməkdaşı təyyarənin yanmasına səbəb kimi şimşək ehtimalını istisna etməyib. O bildirib ki, mühərrik deyil, elektrik naqilləri alışıb və təyyarə enərkən artıq alov hər tərəfi bürüyüb.

Qeyd edək ki, Şeremetyevo aeroportu müvəqqəti olaraq bağlanıb.

www.yenicag.az

15681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv