Moskvada matəm elan olunub

media-hightechnic-468x90

4185ed1c7824fc23b78c6a25a0aaec62Kareliya respublikasının Pryajinsk rayonunda baş verən faciə ilə əlaqədar iyunun 20-si Rusiyanın paytaxtında matəm elan olunub.

media-banner_tuq

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanın özünün “Tvitter” səhifəsində yazıb.

İyunun 18-də “Park-hotel Syamozero” sağlamlıq düşərgəsində dincələn uşaqlar təlimçilərlə birgə qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. İçərisində 47 uşaq və 4 təlimçinin olduğu üç qayıq aşaraq batıb. Nəticədə 15 uşaq ölüb, daha 10-u xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, saxlanılanlar var. Qeyd edək ki, iyunun 20-si Kareliya respublikasında da matəm günü elan edilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05