Moskvada vəfat edən diaspora rəhbəri vətəndə torpağa tapşırıldı
Bu gün Moskvada vəfat etmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl regional şöbəsinin sədri, “Mila” firmasının direktoru, tanınmış iş adamı Söhrab İbrahimov son mənzilə yola salınıb.
Bu haqda Diaspor Jurnalistləri Birliyinin idarə heyətinin üzvü Siyavuş Emirli diasporinfo.com saytına məlumat verib.Mərhum Sulutepe qəbristanlıqında dəfn olunub.Dəfinde mərhumun qohumları,dostlari,eləcə də Moskvadakı həmkarları və yoldaşları iştirak edib. Nəzərə çatdıraq ki, yas mərasimi Xırdalanda olacaq.
Allah rehmet etsin!