Moskvada XİN başçılarının GÖRÜŞÜ: "Bu, Rusiya tərəfindən keçirilirsə, heç bir əhəmiyyəti yoxdur" - SİYASİ ŞƏRHÇİ

media-hightechnic-468x90

“Moskvada görüşlərin keçirilməsinin heç bir əhəmiyyəti yoxdur”.

media-banner_tuq

Bu sözləri Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirlərinin görüşü, bu görüşdən gözlənilən nəticələri dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Moskva görüşündən region üçün müsbət nəticə çıxmayacaq:

“Görüş ərəfəsi əhval-ruhiyyə gərgindir. Azərbaycana qarşı Rusiya mətbuatında, Xarici İşlər Nazirliyində, Dumada kəskin hücumlar var. Sülh yaratma prosesində Moskva ciddi görünmür. Brüssel formatı daha qabaqlayıcı görünür. Rusiyanın sözdə Azərbaycan ərazi bütövlüyünü tanıyıb, əməldə tanımaması və bir sıra fitnəkar hərəkətlər onu göstərir ki, paralel görüşlərin keçirilməsinin heç bir əhəmiyyəti yoxdur.

Rusiya bu görüşlərlə özünün Cənubi Qafqazda hegemon mövqeyini qoruyub saxlamağa çalışır. Bütövlükdə Rusiyanın sülh yaratma prosesinə yenilik gətirəcəyinə inanmaq olmaz”.

Səxavət Məmməd

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05