!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvadan İrəvana MESAJ: Rusiya Ermənistanı buna görə cəzalandıracaq

!Reklam – Yazi

“Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq, Ermənistana qarşı tədbir görəcək”.

Bu fikri Yenicag.az-a açıqlamasında ABŞ-Ermənistan hərbi təlimləri və buna Rusiyanın reaksiyasını dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistan cəzalanacaq.

“Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-a inteqrasiya etmək xətti tutub. Ermənistan parlamentinin spikerini Rusiyada keçirilən tədbirə buraxmadılar. Digər yandan isə Rusiya sərhədçilərinin hava limanından və 102-ci bazanın çıxarılması gündəmə gəlib. Bundan əlavə, Ermənistan baş nazirinin qorunmasını ABŞ-nin xüsusi xidmət orqanlarının həyata keçirilməsi barədə iddialar, Ermənistanın KTMT-dən çıxacağı barədə fikirlər səsləndirməsi Rusiyanı təbii ki, qıcıqlandırır”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var.

“ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Rusiya xarici işlər nazirinin müavininin “baş verənlər Ermənistana baha başa gələcək” açıqlaması nədənsə xəbər verir. Rusiya Ermənistanı cəzalanacaq. Bu mesajı Rusiya verir.

Ermənistan KTMT üzvü olsa da, NATO-nun tədbirinə qatıldı. Azərbaycan Qoşulmama təşkilatının üzvüdür. Ona görə də, bu Rusiyada heç bir qıcıq yarada bilməz. Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq, Ermənistana qarşı tədbir görəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv