Ankaranın Rusiya ilə bağlanmış müdafiə müqaviləsi üzrə mövqeyi dəyişməyib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Rəsmi Ankara ABŞ-ın S-400 havadan müdafiə sistemi ilə bağlı tələblərini qəbul etməyəcək” – deyə türkiyəli diplomat qeyd edib.
Qeyd edək ki, Rusiyadan alınan S-400 sistemlərinin ilk partiyası Türkiyəyə iyul ayında gətiriləcək.
www.yenicag.az