Azərbaycan Milli QHT Forumu (MQF) 8 iyul 2016-cı il İrəvan İctimai Koalisiyasının iclasını keçirib. İclasda İrəvan İctimai koalisiyasının üzvləri iştirak etmişdir. MQF-in prezidenti Rauf Zeyni iştirakçıları salamlayaraq iclası açıq elan etdi. Rauf Zeyni Azərbaycanın tarixi torpaqları olan İrəvan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə görülən işlərdə hər kəsə uğurlar arzuladı. Bütün bunların vacib işlər olduğunu vurğulayaraq bu vaxtadək tarixi həqiqətlər olan İrəvan istiqamətində bir çox ictimai təşəbbüs olduğunu və QHT-lər, media nümayəndələri tərəfindən İrəvan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bir sıra tədbirlər keçirildiyini vurğuladı. Daha sonra ictimai proses olan koalisiyanın təsis edilməsi üçün fikirlərin, sual və təkliflərin verilməsi üçün iclas iştirakçılarına söz verildi.
Beləliklə, MQF idarə heyətinin sədr müavini Qorxmaz İbrahimli İrəvan tarixindən danışaraq bildirdi ki, bütün bu həqiqətlər dünya ictimaiyyətinə mütləq çatdırılmalı və bu istiqamətdə müstəqil dövlətimizin arxivlərdəki məlumatlarından istifadə olunmalıdır. Koalisiyanın yaradılmasının tərəfdarı olan Qorxmaz İbrahimli bildirdi ki, bu fəaliyyəti hökumətə çatdırmaq və dövlət dəstəyi almaq ən vacib şərtdir. Hətta akademiyalar və universitetlərlə qarşılıqlı fəaliyyət göstərərək daha müsbət nəticə əldə etmək olar.
Daha sonra iclas iştirakçıları tərəfindən koalisiyanın yaradılmasında təşkilati proses üzrə sual və təkliflər irəli sürüldü, fikir mübadilələri aparıldı.
Bununla da İrəvan İctimai Koalisiyası təsis edildi və iclasın sonunda hamı birlikdə “İrəvan” deyərək iclas sona çatdı.
www.yenicag.az