MSK Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verib

media-hightechnic-468x90

Asef Haciyev 250512Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib.

Bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.

Xatırladaq ki, 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən A.Hacıyev QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Türkiyəyə köçəcək. Buna görə də o, yanvarın 5-də MSK-ya müraciət edərək, deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Seçki Məcəlləsinin 175 və 176-cı maddəsinə görə, müvafiq müraciət daxil olduqdan sonra 2 gün sonra deputatın müraciətinə baxılır.

Daha sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, akademik Asəf Hacıyev 1951-ci ildə anadan olub. 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir, Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600