Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MSK-nın iclası başladı - Daha bir məntəqənin nəticəsi etibarsız sayıldı - YENİLƏNDİ

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nəticəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillərin olması təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Yenicag.az xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Loading...

www.yenicag.az

1547
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100