MSK sədri siyasi partiyalara xəbərdarlıq edib

media-hightechnic-468x90

Məkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycandakı siyasi partiyalara çağırış edib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, M.Pənahov deyib ki, partiyalar 2016-cı il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.

Onun sözlərinə görə, MSK-ya hesabatlar daxil olur: “Son müddət aprelin 1-də başa çatır. Digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidirlər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600