Konqoda Eboladan ölənlərin sayı 120 nəfəri ötdü
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma nəticəsində ölüm hallarının sayı 127-yə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə KDR-nin Rabitə və KİV İşləri Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Ebolaya yoluxmanın təsdiqlənmiş hallarının sayı 635-ə çatıb, ölüm göstəricisi təxminən 20% təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, Uqandada 19 yoluxma və iki ölüm halı təsdiqlənib.
Daha əvvəl KDR-də 115 nəfərin öldüyü və 598 nəfərin yoluxduğu bildirilirdi.
Qeyd edək ki, bu gün ABŞ Dövlət Departamenti qonşu Burundi, Keniya, Ruanda və Cənubi Sudanda Ebola virusuna qarşı mübarizəni təmin etmək üçün 20 milyon dollar ayrıldığını elan edib.













