ABŞ-nin müvəqqəti işlər vəkili Hindistan XİN-ə çağırıldı

media-hightechnic-468x90

Ticarət gəmisinə edilən və üç hindistanlı dənizçinin itkin düşdüyü hücumla əlaqədar ABŞ-nin müvəqqəti işlər vəkili Ceyson Miks Hindistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yeni Dehlinin Oman sahillərində göyərtəsində 24 Hindistan vətəndaşının olduğu “Settebello” kommersiya gəmisinə hücumu pisləməsindən sonra diplomata etiraz edilib.

“Hindistan bir daha gərginliyin azaldılmasına, ticarət gəmiçiliyinin qorunmasının təmin edilməsinə və beynəlxalq sularda gəmiçiliyin təhlükəsizliyinin bərpa olunmasına çağırıb”, – XİN-in bəyanatında qeyd edilib.

Daha əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Omandan 20 dəniz mili şimal-şərqdə yerləşən tankerdə yanğın baş verdiyini bildirib. Həmin vaxt ekipaj üzvlərindən birinin öldüyü, ikisinin isə itkin düşdüyü qeyd edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05