Netanyahu: "İsrail Livan xalqı ilə yox, "Hizbullah"la vuruşur"

media-hightechnic-468x90

İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciət edərək iki dövlət arasındakı hərbi münaqişəyə görə məsuliyyəti “Hizbullah” qruplaşmasının üzərinə atıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, videomüraciətini “X” sosial şəbəkəsindəki hesabında yayımlayıb.

Baş nazirin sözlərinə görə, İsrail Livanla sülhə köklənib və ölkənin əhalisi ilə yox, Livanı İsrailə qarşı terror hücumları həyata keçirmək üçün girov halına gətirən “Hizbullah” hərəkatının yaraqlıları ilə vuruşur.

“İsrail sizinlə sülh istəyir. Gələcəyinizi seçin. İsrailə qoşulun. Bütün uşaqlarımız üçün təhlükəsizlik və rifahı təmin edin. “Hizbullah” məhv edildikdən sonra isə qarşınızda hüdudsuz imkanlar açılacaq”, – o deyib.

Netanyahu iddia edir ki, İran və “Hizbullah” livanlıları və israilliləri yenidən müharibəyə aparmağa çalışır. O bildirib ki, İsrail Müdafiə Ordusu “Hizbullah”ın silahlı dəstələrinin təxmini 10 000 üzvünü öldürüb.

“Biz Cənubi Livanı bu fanatiklərdən planlı şəkildə təmizləyirik. Onlar harada olsalar da, biz onları tapacağıq”, – Baş nazir əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05