Tramp: "Pakistan İranla danışıqlarda vasitəçilik etməyə davam edir"
Pakistan ABŞ ilə İran arasında danışıqlarda vasitəçilik səylərini davam etdirir.
Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Onlar İrana yaxındırlar. Onlar hələ də işləyirlər. İranlıları düzgün iş görməyə vadar etməyə çalışırlar. Biz işlək ciddi bir razılaşma istəyirik”, – Tramp qeyd edib.













