!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTK-lardan mənzil alarkən nələrə diqqət edilməlidir? - Vətəndaşlar belə aldadılır

!Reklam – Yazi

“Bəzi işbazlar keyfiyyətsiz təmir vasitələrindən və ya tikinti materiallarından istifadə edərək sadəcə görüntü yaratmaq istəyirlər”.

Bu sözləri son illər ev almaq istəyən vətəndaşların saxta müqavilə ilə aldadılması faktlarının artmasına toxunan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, ev almaq istəyən vətəndaş çıxarışın kimə məxsus olduğunu və mənzil sahəsinin real ölçülərini elektron sistem vasitəsilə müəyyən edə bilər:

“Bir çox hallarda müqavilə ilə mənzil sahibi olan vətəndaşlar çıxarış almaq istədikdə məlum olur ki, ondan təxminən 10-15 faizlik artıq sahəyə görə ödəniş tələb olunub. Arakəsmələr, xarici və yan divarlar vətəndaşa satılan mənzilin sahəsi kimi göstərilir. Halbuki çıxarış zamanı yalnız divardan divara, yəni yaşayış üçün nəzərdə tutulan əsas hissə qeydə alınır.

Hətta vətəndaşlar otaq sayına görə də aldadılır. Məsələn, elanda ikiotaqlı mənzilin satıldığı deyilir. Lakin reallıq onu göstərir ki, çıxarışda mənzil bir otaq kimi göstərilib. Sadəcə ev sahibi mənzildə müəyyən konstruktiv dəyişikliklər etməklə, evi çoxmənzilli kimi göstərməyə çalışır.

Vətəndaşların üzləşdiyi əsas problemlərdən biri də evin təmiri ilə bağlı olur. Belə ki, bir kvadratmetr üçün təmir qiyməti 150-800 manat civarında dəyişə bilər. Bəzi işbazlar isə keyfiyyətsiz təmir vasitələrindən və ya tikinti materiallarından istifadə edərək sadəcə görüntü yaratmaq istəyirlər. Evi təmirli bilib alan vətəndaş müəyyən müddətdən sonra aldadıldığını başa düşür və demək olar ki, mənzili yenidən təmir etməyə məcbur olur.

Müqavilə ilə alınan mənzillərin sonradan başağrısına çevrilməsini nəzərə alsaq, mənzil alarkən sənədləşməyə diqqət yetirmək lazımdır. Bundan başqa, vətəndaşın mənzil alarkən konsaltinq şirkətlərinə və ya təcrübəli bir şəxsə müraciət etməsi tövsiyə olunur”.

Gülşən Şərif

COP29

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv