!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTRŞ-dan Zaur Baxşəliyevin xalatıyla bağlı AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam xalatında çıxıb. O, aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında maraqlı addım atıb. Proqram başlayanda xanımı Günay Baxşəliyevanın mətbəxtdə olduğu görünüb. Daha sonra Zaur hamamdan çıxıb, qazın bitdiyini söyləyib.

Yenicag.az xəbər verir ki, Unikal.org bununla bağlı MTRŞ-ya müraciət edib. Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev saytımıza açıqlamasında bildirib ki, bizim şurada bütün radio və televiziya verilişlərinin monitorinqi aparılır:

“Bütün verilişlər 1 gün sonra yoxlanılır. Əgər qanun pozuntusu aşkarlanarsa onda MTRŞ mövqe bildirəcək. Ümumiyyətlə isə milli mənəvi dəyərlərə xələl gətirən görüntülərin aşkarlandığı verilişlər ilə bağlı MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ölçü götürülür”.

Sədr müavini əlavə edib ki, sözügedən verilişlə bağlı həftənin ilk iş günü yəni bazar ertəsi MTRŞ münasibət bildirəcək.

 

www.yenicag.az

4672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv