!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müasir texnologiyaya uduzan TEATR: “Yalnız bu yolla tamaşaçını cəlb edə bilərik” – Direktor

!Reklam – Yazi

“Canlı ünsiyyəti heç nə əvəz eləmir və canlı sənət heç vaxt ölmür”.

Bunu C.Cabbarlı adına Dövlət İrəvan Dram Teatrının direktoru İftixar Piriyev internet dövründə teatrın müasir texnologiyalara uduzması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.O hər dövrdə yeni dəblərin üstünlük təşkil etdiyini, lakin bunun keçici xarakter daşıdığını bildirib:

“Bütün trendlər həmişə önə çıxmaq gücündə olur. Bu baxımdan, hər dövrün gətirdiyi yeniliklər bir dəb şəklində meydana çıxır və tamaşaçı cəlb etmək gücünə malik olur. Amma klassik yaradıcılıq, canlı sənət o trendi görən insanları yenidən özünə cəlb edir. Amma canlı ünsiyyəti heç nə əvəz eləmir və canlı sənət heç vaxt ölmür. Trendlər müəyyən müddət yaşayır və başqa bir trendlə əvəzlənir”.

İ.Piriyev çağdaş dönəmdə tamaşaçını teatra cəlb etmək üçün əsas şərtləri də açıqlayıb:

“Çağdaş dönəmdə tamaşaçını teatra cəlb etmək üçün mövzu çox önəmlidir. Bu baxımdan, bu günlə səsləşən, aktual mövzularda tamaşaların hazırlanması vacib şərtlərdəndir. Bəşəri mövzular hər zaman aktualdır və onları yüksək sənət nümunəsi kimi təqdim etməklə tamaşaçını teatra cəlb etmək mümkündür.

Biz yeni mövsümü Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Orucovun “Buradan min atlı keçdi…” tamaşası ilə açacağıq. Əsər mövzu və bədii zövq, həm də keyfiyyət baxımından çox aktualdır. Əsər tarix boyu dədə-baba yurdlarında yaşamış azərbaycanlıların ermənilər tərəfindən hər sahədə sıxışdırılmasından, şərlənməsindən, çəkdikləri əziyyətlər və apardıqları cəsarətli mübarizəsindən bəhs edir. Müəllif əsər vasitəsilə Qərbi azərbaycanlıların etnik təmizlənmə siyasətinin qurbanları olduğunu, o zaman üçün mümkünsüz olan bu çətin yolda Ulu Öndər Heydər Əliyevin şəxsində əzmkarlıq mücəssəməsi yaradır, dahi şəxsiyyətin erməni millətçilərinə qarşı barışmaz mövqeyini göz önünə gətirir. Tamaşa anşlaqla keçdi. Tamaşaçı səhnədən buraxmaq istəmirdi”.

Cəvahir

COP29

www.yenicag.az

979
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv