Ermənistan növbəti dəfə KTMT sammitinə qatılmaqdan imtina etdi

media-hightechnic-468x90

KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək.

media-banner_tuq

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Ermənistan sammitdə iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.

O, Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan liderlərinin sammitdə iştirak edəcəyini açıqlayıb.

Kreml rəsmisi qeyd edib ki, KTMT sammitinin yekun bəyannaməsində beynəlxalq və regional gündəmdəki əsas məsələlərə ümumi yanaşmalar əks olunacaq.

Qeyd olunub ki, Putin ənənəvi olaraq Bişkekə səfərini başa vuraraq mətbuatın qarşısına çıxacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05