Tural Abbaslıdan Milli Məclisə: Qanunda “təhqiri” kim və necə müəyyən edəcək?

media-hightechnic-468x90

“Yeni qəbul edilən qərarları dəstəkləyirəm, amma bəzi nüanslar var.”

Bu fikirləri “Ağ Partiya” sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında bildirib.

media-img_0987

 

Partiya sədri Milli Məclisin sosial şəbəkələrlə bağlı irəli sürdüyü yeni təklifləri şərh edib:

“Sosial şəbəkələrdə nəzarətin artırılması ilə bağlı qanun layihəsinin mahiyyətini dəstəkləyirəm. Çünki sosial şəbəkələrdə artıq həm milli-mənəvi dəyərlərə, əxlaq normalarına, ailə dəyərlərinə və cəmiyyəti ayaqda saxlayan dəyərlərə ya bilərəkdən, ya da bilməyərəkdən açıq-aşkar hücumlar, təhdidlər var. Təbii ki, hər bir dövlət özünün milli-mənəvi dəyərlərini, ailə institutunu, ictimai münasibətlər sistemini qorumağa çalışmalıdır; bu, təkcə siyasi motivli deyil. O baxımdan, burada istər Cinayət Məcəlləsində aidiyyəti qanunvericilik düzəlişlərinin olması, istərsə də İnzibati Xətalar Məcəlləsində düzəlişlər və ya yeni qanun təkliflərinin tərəfdarıyıq, amma burada tətbiqi məsələsi, anlayışlarınmüəyyənləşdirilməsi məsələsi var.”

T. Abbaslı qeyd edib ki, gələcəkdə bu hallardan sui-istifadənin qarşısı alınmalıdır:

“Məsələn, nəyin təhqir sayılacağı, hansı dəyərlərin nəzərdə tutulacağı və ya onu kimin müəyyən edəcəyi? Qanunvericilikdə bu detallar müəyyənləşməli, daha sonra qanun qəbul olunmalıdır. Çünki gələcəkdə biz bu qanunda düzəlişlər olduqdan sonra ya hakimlərin, ya istintaq orqanlarının şəxsi tövsifinin ümidinə qalmamalıyıq. Bunlar aydın şəkildə qanunda göstərilməlidir: hansı söz və ifadələr, hansı hərəkətlər təhqir sayılır, hansı dəyərlər milli-mənəvi, dini və əxlaqi dəyərlər sayılır. Bunlar təsbit olunmalı, ondan sonra qəbul edilməlidir. Görsənən odur ki, qanunun hazırkı tətbiqi gələcəkdə sui-istifadə hallarına imkan açır və mümkündür ki, kimlərsə bundan istifadə etsin, əlavə ictimaiyyət üçün təzyiq rkaçakları olsun. Hər hansı siyasi kimliyi olan şəxsin bu və ya digər formada çıxışını həmin qanunun çərçivəsinə salıb ya cinayət işi açmaq olar, ya da inzibati xəta, tənbeh tətbiq etmək olar. O baxımdan anlayışlar aydın izah olunmalıdır.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa