!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Mənsimov İstanbulda İftar məclisi təşkil edib

!Reklam – Yazi

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbulda Türkiyə və Azərbaycandan olan iş adamları ilə azərbaycanlı tələbələr üçün iftar yeməyi verib.

Yenicag.az xəbər verir ki, 500-ə yaxın qonağın iştirak etdiyi iftar yeməyi İstanbulun məşhur “Ercan” restoranında baş tutub.

Türkiyənin tanınmış ictimai xadimləri, o cümlədən, azərbaycanlı və türkiyəli sənətçilər də iftar məclisinə qatılıblar.

İftar zamanı azərbaycanlı tələbələr üçün doğma atmosfer yaradılıb. Mübariz Mənsimov tələbələrin təhsili və yaşamaları ilə yaxından maraqlanaraq, onların problemlərini dinləyib.

İş adamı tələbələrə necə kömək edə biləcəyini, onların ehtiyaclarını şəxsən öyrənib və gənclərin həyata keçirmək istədiyi layihələrə əlindən gələn dəstəyi verəcəyini açıqlayıb.

www.yenicag.az

2796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv