Müdafiə naziri Bakıdadır

media-hightechnic-468x90

rdfrtMüdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

media-banner_tkm

Görüşdə ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstanda prezident seçkiləri və cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası, onun başlaması üçün lazım olan hüquqi çərçivənin son vəziyyəti, ABŞ-ın Qətiyyətli Dəstək missiyasına bu yaxınlarda bəyan etdiyi qüvvə sayının bu əməliyyatın planlamasına müsbət təsir göstərməsi məsələləri müzakirə olunub.NATO Baş Qərargahına səfəri çərçivəsində general-polkovnik Z.Həsənov ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə ikitərəfli, Türkiyə və Gürcüstan həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib.

Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-də axşam Vətənə qayıdıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05