!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına qarşı sərt mövqe bildirməyə geciksə də...” - Partiya sədri

!Reklam – Yazi

“Fikrimcə, vəziyyətin dəyişməyəcəyi təqdirdə daha kəskin bəyanatlar veriləcək və yekunda əməli addımlar atılacaq”.

Bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingentinin Ermənistanın Azərbaycan ərazilərində təxribatçı fəaliyyətinə göz yummasına dair sərt ritorikalı bəyanatını dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibbəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, Rusiya tərəfi bu etirazı nəzərə almasa, Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına başlaması qaçılmaz olacaq:

“Etiraf etmək lazımdır ki, Azərbaycanın Müdafiə Nazirliyi sülhməramlı adlandırılan Rusiya hərbi kontingentinin yolverilməz davranışlarına qarşı sərt mövqe bildirməyə xeyli gecikib. Azərbaycanın hərbi idarəsi bu məsələ barəsində aylar əvvəl kəskin münasibət ifadə etməliydi.

Eyni zamanda, mən bu bəyanatı sadəcə, ritorika hesab etmirəm. Çünki dövlət başçısının bir sıra çıxışlarında da Rusiya kontingentinin mandatına uyğun olmayan fəaliyyətinə yönəlik narazılıq bildirilib.

Bu, onu göstərir ki, Rusiya hərbi kontingenti ermənilərin Qarabağa hərbi qüvvə və silah-sursat keçirməsinə şərait yaradır. Fikrimcə, vəziyyətin dəyişməyəcəyi təqdirdə daha kəskin bəyanatlar veriləcək və yekunda əməli addımlar atılacaq. Yəni Azərbaycan öz əraziləri üzərində suverenliyini bərpa etmək üçün istər-istəməz antiterror əməliyyatlarına başlamalıdır”.

A.Zeynalov

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv