Müdafiə Nazirliyində müşavirə keçirilib

media-hightechnic-468x90

03866849753981ab9a814f60216e22c1Azərbaycanın baş naziri Artur Rasi-zadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib.

Toplantıda baş nazirin müavini Abid Şərifov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, habelə müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Prezident İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın nəticələri, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar keçirilən müşavirədə Silahlı Qüvvələrin təchizatında olan döyüş texnikasının, silah və sursatların modernləşdirilməsi, o cümlədən ordunun müasir, yüksək dəqiqlikli, uzaqvuran silah və sursatlar, yeni texnologiyalı avadanlıqlarla təmin olunması imkanları, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər məsələlər müzakirə edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600