Müəllimənin evindən külli miqdarda pul oğurlandı

media-hightechnic-468x90

images (2)Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

Şəhərin “Avtozavod” qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl zinət əşyaları və 100 min manata kimi pulu oğurlayıblar.

Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(apa)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa