Müəllimlərdən pul tələb edən direktorun yerinə TƏYİNAT - FOTO / VİDEO

media-hightechnic-468x90

Sumqayıt şəhər 32 saylı tam orta məktəbə yeni direktor təyin edilib. 

Yenicag.az-ın məlumatına görə, bu vəzifəyə Fəzilə Mahmudova təyinat alıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımıza məlumat təsdiqlənib.

Bildirilib ki, yeni rəhbər şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu müsahibəsində uğur qazanıb:

“Mahmudova Fəzilə Ələsgər qızı direktorların işə qəbulu imtahanında uğur qazanaraq, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təyin edilib”.

Qeyd edək ki, 2022-ci il sentyabrın 14-də məktəbin keçmiş direktoru Esmira İbrahimova “WhatsApp” qrupuna səs ataraq, təhsil ocağını təmir etmək üçün hər müəllimdən 50 manat tələb edib.

Səs yazısından sonra E.İbrahimova vəzifəsindən uzaqlaşdırılmışdı./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600