Müəllimlərin müddətli əmək müqaviləsi əsasında işə qəbulu tədris ili ərzində həyata keçiriləcək.
Yenicag.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, oktyabrın əvvəlinə qədər müəllimlərin müddətli əsaslarla işə qəbulu üçün mərkəzləşdirilmiş vakansiya seçimi əsasında turlar həyata keçiriləcək.
Nazirlik rəsmisi qeyd edib ki, mərkəzləşdirilmiş vakansiya seçimi vaxtı müəllimlərin işə qəbulu zamanı coğrafi bölgü prinsipi tətbiq edilmir və hər kəs arzu etdiyi rayonun məktəbini seçə bilər. Oktyabrdan sonra isə vakant yerlərə qəbul zamanı coğrafi bölgü prinsipi əsas götürüləcək və hər bir rayon üzrə qeydiyyatda olan, müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək müvafiq bal toplamış namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla vakant yerlər təklif edilir.
M.Camalzadə bu təcrübənin ötən il də tətbiq edildiyini nəzərə çatdırıb.
www.yenicag.az