Müğənni Kılıçdaroğlunu məhkəməyə verib
Türkiyənin tanınmış sənətçisi Hülya Avşar CHP başqanı Kamal Kılıçdaroğluna qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb CHP liderinin prezident sarayına qarşı ifadələr işlədərkən Hülya Avşarı da hədəfə alması olub. Hülya Avşar 50 min lirə mənəvi təzminat istəyir.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu belə demişdi:
“…Bu saray Ərdoğana etibar qazadırır. Ona etibar qazandıracaq olan başqa bir amil isə Rza Zərrabdır. Onu da yanına alsın, baş katib etsin. Hülya Avşarı da ala bilər. Hülya Avşar ölkəmizin tanınmış sənətçilərindən biridir. Amma o, bu sənətə təhqir etdi”.
Xatırladaq ki, bir müddət öncə Hülya Avşar prezident sarayınd Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.
(modern.az)