Müğənni səhnəyə çıxmayacaq

media-hightechnic-468x90

76288Məşhur rus müğənnisi Alla Puqaçeva yeni il bayramı günlərində ekranlarda görünməyəcək.

Müğənninin əri Maksim Qalkin bildirib ki, rus estradasının primadonnası Alla Puqaçeva bayram günlərini ailəsi ilə bir yerdə keçirmək qərarına gəlib:

“O, bayram günlərində səhnədə olmaq əvəzinə öz ailəsinin əhatəsində olmağı üstün tutub. Buna görə də o, bayram günlərində heç bir konsert proqramında çıxış etməyəcək”.

Müğənni dekabr və yanvar ayları arasında evində özü hazırladığı yeməklərlə böyük qonaqlıqlar təşkil etməyi düşünür.

Onu da qeyd edək ki, Alla Puqaçevanın əri M.Qalkin də bayram günlərində konsertlərdə, yığıncalarda və tv şoularda çıxış etməyəcəyini bildirib.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600