!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühacirət “təhdid”inə CAVAB: “Çingiz Abdullayevin kitablarını başıboş tələbə qızlar oxuyur” – Əlisa Nicat

!Reklam – Yazi

“Xaricdə nəşr olunan ən sanballı ensiklopediyalarda Çingiz Abdullayevin adı yoxdur”.

Bu fikirləri yazıçı Çingiz Abdullayevin ictimai basqılar səbəbindən ölkəni tərk etmək istəyinə münasibət bildirən yazıçı-filosof Əlisa Nicat Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayevin ölkədən gedişi ilə ədəbiyyatımız heç nə itirməyəcək:

“Çingiz Abdullayev bu davranışı ilə riyakarlıq edir. Ümumiyyətlə, onun hansı ölkəyə və necə bağlı olduğu haqda çoxdan söz-söhbət dolaşır. Dürüst adam deyil.

İndi bu cür danışmaqda da müəyyən məqsədi var. Ya baxır ki, yaş keçir, cəmiyyətin rəğbətini qazanmaq lazımdır, ya da ki, bununla yuxarıların xoşuna gəlmək istəyir.

Göstərməyə çalışır ki, təmiz adam olduğu halda, onu başa düşmürlər, ələ salırlar… Yenə deyirəm, məqsədli şəkildə belə danışır. Yəqin ki, xaricə getmək niyyətindədir.

Ancaq birdən-birə gedə bilməz axı… Ona görə də bu məsələləri bəhanə gətirir. Məncə, Rusiyaya köçə bilər, Rusiya onun vətənidir də…

Çingiz Abdullayevin ana dilində normal danışa bilməməsi bir yana, bilirsiniz də, onun əsərlərini ruscadan tərcümə edirlər. 150-yə yaxın cəfəng əsəri var. Necə yazdığını da hamı bilir.

Onun “dünya şöhrətli yazıçı” adlandırılması doğru deyil. Məndə xaricdə nəşr olunan ən sanballı beş ensiklopediya var. Onların heç birində Çingiz Abdullayevin adı yoxdur.

Detektiv janrında yazır, bu, oradan çıxdı atəş açdı, bu, başqasını vurdu, filan… Yalançı konflikt düzəldib, adını roman qoyurlar. Süjeti də “KQB” arxivlərindən götürürlər.

Çingiz Abdullayevin kitablarını başıboş tələbə qızlar oxuyur. O əsərlərin bədii dəyəri yoxdur. Düzgün başa düşün, mən onunla düşmən deyiləm. Hətta ötən il məni müdafiə də etmişdi.

Əgər o, Azərbaycandan getsə, ədəbiyyatımız heç nə itirməyəcək, əksinə, qazanacaq. O zaman oxucular da normal əsər oxuyarlar”.

A.Zeynalov

COP29

www.yenicag.az

10597
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv