Müharibə əlillərinin müavinətləri 100 manat artırıldı - FOTO

media-hightechnic-468x90

 

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin də müavinətlərinin məbləğləri artırılıb.

Yenicag.az  xəbər verir ki, Prezident İlham Əliyevin sosial müavinətlərin artırılması haqda Fərmanına əsasən, müavinətlər aşağıdakı qaydada ödəniləcək:

– orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;

– orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;

– orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;

– orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;

– ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;

– ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600