!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə ritorikasının fonunda XİN-lərin görüşü - "Danışıqların alternativi yoxdur"

!Reklam – Yazi

“Qarabağ mövzusunda danışıqların aparılmasının alternativi yoxdur”

Bu sözləri Yenicag.az-a Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Moskvada rusiyalı və ermənistanlı həmkarları ilə görüşünü şərh edərkən politoloq Elşən Manafov deyib.

Elşən Manafovun sözlərinə görə, danışıqların alternativi hərb meydanıdır:

“Son zamanlar erməni tərəfi bəyanatlarında müharibə ritorikasını önə çəkirdi. Azərbaycan prezidenti və hakimiyyəti ermənilərin bu tipli bəyanatlarına cavab olaraq ermənilərin danışıqlardan qaçdığını dilə gətirdi. Müharibə ritorikasının artdığı bir zamanda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, əgər ermənilər mənimlə anlaşmayacaqlarsa, müdafiə naziri ilə danışacaqlar. Artıq diplomatik nümayəndələr də bildirir ki, əgər danışıqlar olmayacaqsa, məsələ hərb meydanında həll olunacaq.

Hərbi ekspertlər müharibə ehtimalının yay aylarında olmasının böyük olduğunu qeyd edirlər. Bu baxımdan tərəflər arasında münasibətlər yaxşı deyil və danışıqlarda ciddi bir irəliləyiş yoxdur”.

Danışıqlar formatının dəyişdirilməməsini Azərbaycan tərəfinin uğuru kimi dəyərləndirən politoloq vurğulayıb ki, Azərbaycan formatın olduğu kimi qalmasına nail oldu:

“Azərbaycan heç bir halda separatçı rejimlə danışıqlar masası arxasında oturub, danışıqların həlli istiqamətində müzakirələr aparmayacaq. Problem Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi olsa da, bəlli məsələdir ki, problemin kökündə Ermənistanın Azərbaycana ərazi iddiaları və işğal faktıdır. Danışıqlar yalnız BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında aparılmalıdır. Ermənistan tərəfi bilməlidir ki, ermənilərin Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq xülyası alınmayacaq”.

Politoloq sonda qeyd edib ki, Azərbaycan ordusu hərbi əməliyyatları bərpa etsə, bu, həm Rusiyaya, həm də bölgədə maraqları olan dövlətlərə siqnal olacaq.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv