Müjgan Ayxandan kabinet etirafı: “Pulumu alıb çıxdım…”
Müğənni və model Müjgan Ayxan növbəti dəfə səmimi açıqlaması ilə diqqət çəkib.
Yenicag.az xəbər verir ki, o, dostları ilə münasibətlərindən və qazanc yollarından danışaraq maraqlı etiraf edib.
İfaçının sözlərinə görə, ehtiyac yarananda kabinetlərdə də çıxış edir və bundan utanmır:
“Kabinetdə oxumağa pis baxmıram. Ehtiyacım olanda gedirəm, olmayanda yox. Elə dostlarım var ki, mahnımı qoşur, görüntülü zəng edir, sadəcə məni görür və kartıma pul göndərir. Deyirəm ki, halım yoxdur gəlməyə, istəyirsiniz, mahnımı YouTube-dan açın, baxın və pul atın. Onlar da razılaşırlar. Beş müğənni bir yerə gedirik, dördü oxuyur, mən oturub pul alıram, deyirəm ki, oxumağıma ehtiyac qalmadı”.
Müjgan Ayxanın bu sözləri sosial mediada geniş müzakirə doğurub.













