!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mülkiyyətin icarəsi və QONŞULARLA NARAZILIQ: “Üçüncü şəxslərin hüquqları pozulursa...”

!Reklam – Yazi

“Vətəndaş ona məxsus olan mülkiyyətini icarəyə verərkən, qonşuluqda problem və narahatlıqlar, həmçinin xoşagəlməz hallar yarana bilər”.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinə daxil olan gündəlik kirayə evlərlə bağlı qanun layihəsinin ölkəmizdə tətbiqinə münasibət bildirən hüquqşünas, vəkil Ruslan Vəliyev Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, icarəyə verilən mülkiyyətlə bağlı qonşuluqda müəyyən problemlər yaransa, aiddiyyatı orqanlar situasiyaya müdaxilə edə bilər:

“Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, mülkiyyət hüququ toxunulmazdır. Bu isə deməkdir ki, vətəndaş öz mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququna malikdir. O baxımdan, mülkiyyətin icarəyə verilməsində problem yoxdur.

Burada diqqət yetirilməli əsas məqam odur ki, mülkiyyət icarəyə verilərkən, digər vətəndaşların hüquqlarına toxunmasın. Yəni Mülki Məcəllədə nəzərdə tutulmuş bütün növ müqavilələr burada əsas götürülür.

İcarəyəvermə prosesində qonşulardan icazə alınması məsələsinə gəldikdə, bu, mülkiyyət hüququna müdaxilə hesab edilir və yolverilməzdir. Çünki əvvəldə qeyd etdiyim kimi, bu tələb bizim Konstitusiya və digər qanunlarımızla ziddiyyət təşkil edir.

Vətəndaş ona məxsus olan mülkiyyətini icarəyə verərkən, qonşuluqda problem və narahatlıqlar, həmçinin xoşagəlməz hallar yarana bilər. Bu zaman müvafiq dövlət orqanlarının vəziyyətə müdaxilə etmələri zəruridir.

Dəfələrlə baş vermiş hadisələrdən biri kimi, burada əsas problem vətəndaşın öz mülkiyyətini qeyri-əhali kateqoriyasına icarəyə verərkən qonşuluqdakı şəxslərin narazılıqlarının yaranmasıdır. Bu halda üçüncü şəxslərin hüquqlarının pozulması əsas götürülərək, həmin mülkiyyətin icarə müqaviləsinə xitam verilə bilər”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv