“Müsahibə” 10 günə 36 milyon dollar qazanıb

media-hightechnic-468x90

86769Şimali Koreya liderinə hazırlanan sui-qəsddən danışan qalmaqallı “Müsahibə” filmi 25 dekabrdan 4 yanvara kimi 36 milyon dollar vəsait əldə edib.

media-banner_tkm

Bu barədə filmin yayım hüquqlarına sahib olan “Sony Pictures” şirkətinə istinadən məlumat yayıb. Həmçinin filmin nümayişindən əldə olunan vəsaitin 31 milyon dolları da şirkətə çatıb.

25 dekabrdan 4 yanvara kimi “Müsahibə” ödənişli olaraq 4,3 milyon dəfə izlənib. Bundan əlavə daha 5 milyon gəliri şirkət filmin yayımlandığı ABŞ kinoteatrlarından alıb. Kim Çen Ina sui-qəsd barədə film ümumilikdə 580 müstəqil kinoteatrda göstərilib. Daha əvvəl 3 min kinoteatrda göstəriləciyi planlaşdırılan film Koraynın kəskin tənqidi və Sony Pictures-olan çoxsaylı haker hücumlarından sonra təxirə salınıb.

ABŞ hakimiyyəti haker hücumlarına görə Pxenyanı günahlandırsa da Şimali Koreya ittihamları təkzib etmişdi.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05