!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Müşfiqlə Fərda 10 ildən sonra barışdı - SƏBƏB+FOTOLAR

!Reklam – Yazi

Nəhayət ki, on ildən sonra iki tanınmış aktyor- Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev yenidən bir araya gəldilər. Onlar çəkildikləri “Niyə” filmini ilk olaraq media mənsublarına və sənət dostlarına təqdim etdilər.

Yeniçağ.az-a açıqlama verən F. Xudaverdiyev Müşfiqlə aralarında münasibətə aydınlıq gətirdi. Küsülü olmadıqlarını deyən aktyor növbəti filmin ərsəyə gəlməsində tamaşaçılara minnətdarlıq etdi:

“10 ildən sonra Müşfiqlə yenidən film çəkdik. Çox adam elə bilirdi ki, bizim aramızda münasibətlər soyuqdur, küsülüyük. Əslində, belə deyil. Tamaşaçılar bizi bir yerdə görmək istədilər, istəkləri də nəzərə alındı. Məncə, maraqlı iş alınıb, tamaşaçıların bəyənəcəyinə əminəm”.

Fərda aldığı qonorarın məbləğini açıqlamasa da, məmnun qaldığını gizlətmədi:

“Düzdür, Hollivud aktyorları ilə müqayisədə çox azdır, amma Azərbaycan reallığını nəzərə alsaq, məni qane etdi. İnşallah, getdikcə qonorarımız da artacaq”.

Qala gecədə iştirak edən sənətçilər də təəssüratlarını bölüşdülər.

Müğənni Natəvan Həbibi Fərda və Müşfiq olan yerdə bolluca güləcəyini dedi:

“Bəzən qınayırlar ki, nə qədər komediya olar, mən isə düşünürəm ki, arada gülmək, stress atmaq da lazımdır. Çünki insanların gülüşə, sevincə çox ehtiyacı var”.

Rəqqasə Fatimə hər dəfə Fərdanın filmlərinə baxanda stress atdığını söylədi:

“Mən bu gün mənən dincəlməyə gəlmişəm, bilirəm ki, Fərda ilə Müşfiq yenə də bizi güldürəcək”.

Qeyd edək ki, ekran işinin baş prodüseri Coşqun Vəliyev, ssenarini müəllifi Fərda Xudaverdiyev, quruluşçu rejissoru Ruslan Hüseynov, rejissoru Anar Almazovdur.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv