Zümrüd Bədəlova: “Sosial şəbəkə ulduzları efirə reytinq gətirmir”

media-hightechnic-468x90

“Bunu dönə-dönə demişəm, yenə də deyirəm, sosial şəbəkə izləyiciləri ilə televiziya izləyiciləri eyni deyil.”

Yenicag.az xəbər verir ki, aparıcı Zümrüd Bədəlova “Günortası” verilişində sosial şəbəkə fenomenlərinin efirdə uğur əldə etməməsindən danışıb. O, sosial şəbəkələrdən gələn müğənnilərin televiziyada reytinq gətirmədiyini bildirib:

“Bunu dönə-dönə demişəm, yenə də deyirəm, sosial şəbəkə ilə televiziyanın izləyiciləri eyni deyil. O dövr də sınanıldı. Sosial şəbəkələrdə baxış sayı çox olan adam efirə gəldi, amma reytinq vermədi. Çünki televiziya izləyiciləri səviyyəli musiqi dinləmək, normal qonaq görmək istəyir. Axı niyə biz səviyyəli tamaşaçılarımızı bada verməliyik? O zaman da sənətkarlara səsləndim, yenə də səslənirəm, gəlin verilişlərimizə, izləyicilər sizi görmək, dinləmək istəyir.”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600