Mustafa Şəntop səfirliyimizə edilən terror aktı ilə bağlı Sahibə Qafarovaya zəng etdi – FOTO

“Azərbaycanın Tehran səfirliyinə edilən alçaq hücumu pisləyirik”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop özünün “Twitter” hesabında bəyan edib.

Onun sözlərinə görə, Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

“Hücumda şəhid olan qardaşımız üçün kədərləndiyimizi bildirmək üçün Azərbaycan Milli Məclisinin sədrinə, əziz dostum Sahibə Qafarovaya zəng etdim və qardaş Azərbaycan xalqına başsağlığı verdim”, – deyə o bildirib.