!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifətdən YAP-ın dialoq şərtinə REAKSİYA: “Özlərinin parlamentdə əyləşdirdiyi bir heyət var...”

!Reklam – Yazi

“Son baş nazir təyinatı zamanı keçirilən səsvermə də göstərdi ki, parlamentdə müxalifət mövcud deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Musa Quliyevin “YAP konstruktiv mövqe tutan, dövlətçilik əleyhinə fəaliyyət göstərməyən müxalifət partiyaları ilə dialoqa hər zaman hazırdır” fikirinə münsibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

VİP sədrinin sözlərinə görə, YAP-çı deputatın nəzərdə tutduğu partiyalar hakimiyyətin mövqeyindən çıxış edən siyasi təşkilatlardır:

“Musa Quliyevin bəhs etdiyi parlament müxalifəti barəsində uzun axtarış aparmaq lazım deyil. Son baş nazir təyinatı zamanı keçirilən səsvermə də göstərdi ki, parlamentdə müxalifət mövcud deyil. Parlamentdə hakimiyyətin özünə uyğun müxalifət statusunda əyləşdirdiyi bir heyət var.

Uinston Çörçil deyir ki, iqtidarlar çox güclü olur, çox işlərə qadir olurlar. Amma onların gücü çatmayan bir məsələ var. Onların zəifliyi özlərinə uyğun müxalifət formalaşdıra bilməmələridir.

Dünyada heç bir normal, demokratik, siyasi sistemi olan ölkələrdə iqtidar özünə uyğun, özünə bab, məqsədəuyğun müxalifət qura bilmir.

Hakimiyyətin parlamentdə əyləşdirdiyi o heyət müxalifətçilik deyil, məmurluq edərək, özünü dövlət vəzifəsi daşıyırmış kimi aparır. O, konstruktiv müxalifət dedikdə, hakimiyyətin fəaliyyətini dəstəkləyən partiyaları nəzərdə tutursa, ölkə elə həmin partiyalarla birgə böhrana daxil olub”.

Musa Quliyevin “dövlətçilik əleyhinə fəaliyyət göstərməyən partiyalar” təsnifatına gəldikdə isə Əli Əliyev bunları deyib:

“Bu kateqoriyaya hansı partiyalar aiddir, deyə bilmərəm. Sübuta yetirilmiş, dövlətə qarşı, vətənə qarşı fəaliyyəti məhkəmə ilə sübut edilmiş bir partiya yoxdur.

Dəqiq bilirəm ki, vətənə xəyanət irimiqyaslı korrupsiyadır, ölkə məmurlarının talançılığıdır, xairici dövlətlərin banklarında maliyyəyə, ərazilərində isə mülkə sahib olmaqdır, torpağı erməni işğalında saxlamaqdır. Bunlar hamısı dövləti cinayətlərdir və bu işlərdə müxalifətin payı yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

1641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv