!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxtəlif xəstəliklərdən yaranan YUXUSUZLUQ: “Orqanizmin əsas fizioloji tələbatlarından biri...”

!Reklam – Yazi

“Beyin qan dövranının pozulmasına təsir edən amillərdən biri də yuxu müddətinin az olmasıdır”.

Bu fikirləri insanlarda yuxusuzluğa səbəb olan amillər haqda danışan həkim-nevroloq Qalib Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, orqanizmdə baş verən hər hansı üzvi dəyişiklik yuxu rejiminin pozulmasına təsir göstərir:

“Ümumi olaraq qeyd edim ki, istənilən xəstəlik yuxu rejiminin pozulmasına səbəb ola bilər. Yuxu orqanizmin əsas fizioloji tələbatlarından biridir. Orqanizmdə baş verən istənilən patoloji hal yuxuya da təsir edir. Bu təsir psixoloji gərginlik, stress, əsəb, panik atak, həyəcan, depressiya nəticəsində baş verə bilər.

Həmçinin orqanizmdə baş verən hər hansı üzvi dəyişiklik, beynin qan dövranının pozulması, adicə diş ağrısı belə yuxu rejiminin pozulmasına təsir göstərir. Beyin qan dövranının pozulmasına təsir edən amillərdən biri də yuxu müddətinin az olmasıdır. Yaş artıqca, yuxunun müddəti də azalır”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv