!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nağd hesablaşmadan niyə imtina edə bilmirik? - Pərviz Heydərovun ŞƏRHİ

!Reklam – Yazi

“ƏDV kimi vergi növləri üzrə güzəştlərin tətbiqi nağdsız hesablaşmalara stimul yaratmaq üçün çox əlverişli vasitədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycanda əhalinin gəlirlərinin plastik kart üzrə dövriyyəsinin cəmi 6 faiz, onlayn bank əməliyyatlarının isə 7 faiz səviyyəsində göstərilməsinə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyib.

Pərviz Heydərovin sözlərinə görə, bu istiqamətdə müəyyən addımların atılmasına baxmayaraq, ticarət dövriyyəsində qeyri-nağd hesablaşmaların genişləndirilməsi hələ mümkün olmayıb:
“Ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir, genişmiqyaslı işlər aparılır və addımlar atılır. Lakin istənilən səviyyədə nailiyyət əldə etmək hələ mümkün olmayıb. Çünki bu, qısa müddət ərzində böyük uğurlara imza atılacaq bir məsələ deyil.

O səbəbdən ki, birincisi, vətəndaşların bunda marağı olmalı, onlar maarifləndirilməlidir. İkincisi, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalıdır. Üçüncüsü, əhalinin gəlirləri də tələb olunan bəlli bir səviyyədə olmalıdır və sair.

Məsələn, bu ildən büdcə-vergi siyasətində həyata keçiriləcək tədbirlər sırasında əlavə dəyər vergisi (ƏDV) üzrə cəlb olunan dövriyyəni tədricən genişləndirmək (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətləri və sair), bu sahədə mövcud vergi güzəştlərini azaltmaq istiqamətində addımların atılması da yer alıb.

O cümlədən, nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri vermək, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsini istehlakçılara qaytarmaq tədbiri tədbiq olunub.

Bunun mahiyyəti ondan ibarət idi ki, 2019-cu il yanvarın 1-dən fiziki şəxslərdən ibarət istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət və ya ictimai iaşə obyeklərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq. Lakin neft və qaz məhsulları istisna olmaqla…

Bu yenilik, yəni nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması addımı, dəyişikliklər sırasında ən mühümlərdən biri sayılırdı.

Lakin dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vergilərin geri qaytarılması, dəqiq desəm, ticarət və iaşə müəssisələrində alver zamanı tutulan ƏDV-nin POS-terminallar və kassa çeki ilə edənlər üzrə uyğun olaraq 15% və 10% hissəsinin müştəriyə geri ödənişi mexanizmi hələ ortada yoxdur”.

ƏDV kimi vergi növləri üzrə güzəştlər “kölgə iqtisadiyyatı”nı leqallaşdırmaq, ticarəti artırmaq və genişləndirmək, dövriyyəni sürətləndirmək və yüksəltmək, nağdsız hesablaşmalara stimul yaratmaq və sair üçün çox əlverişli vasitədir.

Ancaq hər hansı bir effektiv vasitədən istifadə edilərək məqsədə tez çatmaq istənilirsə, yarımçıq iş görülməməli və addım atılmamalıdır. Odur ki, nağdsız hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün hələ çox işlər həyata keçirilməlidir”.

A.Zeynalov

www.yenicag.az

2539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv