Namiqdən ünvansız və iddialı MESAJ: “Qərar verdimsə, heç zaman...” - FOTO

media-hightechnic-468x90

“Qərarı çox gec verirəm, uzun zaman, götür-qoy edirəm. Qərar verdimsə, heç zaman geri çəkilmərəm”.

Yenicag.az xəbər verir ki, uzun müddətdir efirlərdə görünməyən meyxanaçı Namiq Qaraçuxurlu “Instaqram” hesabında paylaşımında qeyd edib.

Sənətçi yeni qərar verdiyini vurğulasa da, qərarın nədən ibarət olduğunu açıqlamayıb. Onun fotosu və şərhi sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Namiqdən vaxtilə duet ortağı olan Xalq artisti Aygün Kazımova ilə yeni duet istəyənlər də olub:

“Nə olar, yeni mahnılar da gəlsin, Aygünlə birgə. Otaqda tək qaldığını Aygünə göstərmək üçün Namiq! Aygünə tək olduğunu göstərmək üçün yazdığı post…”

Onun illərə meydan oxuduğunu yazanlar da olub: ”2002-ci ildə necə idinsə, 2024-cü ildə də elə cavan qalmısan. Heç dəyişməmisən”.

Fotonu təqdim edirik:

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa