!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namizədlərin çıxışlarında POPULİZM ELEMENTLƏRİ: “İqtisadi əsaslandırmanın aparılmadığı və...”

!Reklam – Yazi

“Ancaq debatlarda ölkənin gələcəyi ilə bağlı diskursun şahidi olmuruq. Bu çox vacib məsələdir”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar preizdent seçkilərində namizədlərin ödənişsiz efir çıxışlarını şərh edən politoloq Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentliyə namizədlərin efir çıxışlarını kənardan qiymətləndirmək heç də asan deyil:

“Biz iştirakçı olmadığımıza görə prosesləri yalnız kənardan izləyirik. Hələlik bəzi namizədlərin dilindən iqtisadi əsaslandırmanın aparılmadığı və daha çox popurizmə yuvarladan vədlər eşidilir.

Hakim partiyanın nümayəndəsi isə debatlar zamanı bu günə qədər keçilən yoldan və uğurlu nəticələrdən danışır. Təbii ki, ən böyük uğur bu illər ərzində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. Bu doğrudan da tarixə düşəcək, uğurdur.

Ancaq debatlarda ölkənin gələcəyi ilə bağlı diskursun şahidi olmuruq. Bu çox vacib məsələdir. Çünki ölkənin iqtisadi və siyasi sistemində artıq çağ keçilib. Böyük bir problemi həll etmişik, Qarabağ məsələsi bitib. Bundan sonrakı “yol xəritəsi”ndə Azərbaycanın idarəetmə, təhlükəsizlik və iqtisadi məsələlərində ciddi müzakirələrə ehtiyacı var.

Prezident İlham Əliyev də son müsahibəsində belə diskursun açılmasının vacib olduğunu söylədi. Ancaq yenə də təəssüf ki, hələ də debatlarda bu mövzuda ciddi diskussiya aparılmır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv