Naqif Həmzəyev: “Kəlbəcərdə görülən işlər Prezident İlham Əliyevin növbəti uğurlu siyasi addımıdır”

media-hightechnic-468x90

“Cənab Prezidentin səyləri nəticəsində Kəlbəcərin İstisu Sanatoriyasının məhsulu öz əvvəlki məşhurluğunu qaytarır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

media-whatsapp-gorsel-2025-08-21-saat-15-32-45_a7102925

 

Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcər rayonuna səfəri və bu səfər çərçivəsində Kəlbəcər üçün atılan yeni addımları şərh edib.

Onun sözlərinə görə, Prezident Kəlbəcər rayonuna  səfəri zamanı rayon sakinləri ilə görüşüb və görüşdə çox maraqlı məqamlara toxunub:

“İlk növbədə 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın rəşadətli ordusu kənd və rayonları işğaldan azad etdi. Məhz cənab Prezident tərəfindən verilmiş düzgün qərar nəticəsində bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam Azərbaycana qaytarıldı. Bu qərarın çox düzgün olduğunu biz sonrakı dövrdə daha yaxşı dərk etdik. Xüsusilə də Laçın yolunun tam nəzarətə götürülməsi və Kəlbəcər və Laçın arasında yeni yolun çəkilməsi, eyni zamanda Gəncə istiqamətindən də tunellərdən keçməklə alternativ yolun inşası məsələləri Kəlbəcərin inkişafı üçün çox önəmli layihələrdən biridir”.

Deputat Kəlbəcərdə görüləcək işləri də diqqətə çatdırıb:

“Yaxın illərdə Kəlbəcərdə 4 yaşayış mərkəzi formalaşdırılacaq ki, burada 10 minə yaxın Kəlbəcər sakini yaşayacaq. Kəlbəcər tək Azərbaycanın deyil, dünyanın ən gözəl məkanlarından biridir və Kəlbəcərdə həyata keçirilən uğurlu layihələr rayon iqtisadiyyatının inkişaf etməsinə, Kəlbəcərdə yaşayacaq sakinlərin məşğulluq probleminin həllinə çox böyük töhfə olacaq. Cənab Prezident dəfələrlə Kəlbəcər rayonunda səfərdə olub, onun bu səfəri də çox yaddaqalan olacaq. Biz inanırıq ki, Kəlbəcərdə yaşamağa başlayacaq keçmiş məcburi köçkünlər dövlət tərəfindən həyata keçirilən uğurlu layihələrə öz töhfələrini verəcəklər və biz tezliklə digər rayon və şəhərlərdə olduğu kimi, Kəlbəcər rayonunda da həyatın qaynadığını görəcəyik və insanlarımızın öz yurdlarında xoşbəxt həyat keçirəcəyinə şahidlik edəcəyik”.

N. Həmzayev Kəlbəcərdə görülən işlərin, icra edilən yeni layihələrin İlham Əliyevin növbəti uğurlu siyasi addımı olduğunu vurğulayıb:

“Biz bu prosesləri izlədikdə, çox böyük fərəh hissi keçirdirik və çox sevinirik ki, şükürlər olsun, Kəlbəcər sakinləri də öz dədə-baba yurdlarına qayıdırlar və tezliklə Kəlbəcərdə inşa edilən İstisu Sanatoriyasında da biz həm yerli, həm də xarici turistləri qonaq edə biləcəyik. O cümlədən Azərbaycanın bütün marketlərində satışa çıxarılmış Kəlbəcərin məhsulu xarici ölkələrdə də öz bazarını, müştərilərini tapacaq və Azərbaycan markası kimi Kəlbəcərin “İstisu” markası da öz əvvəlki məşhurluq dövrünü yaşayacaq. Biz dövlətimizə, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk ki, Qarabağ və Şərqi Zəngəzura qayıdış layihəsini uğurla icra edir və bizlər də bu prosesdə əlimizdən gələni etməyə hazırıq. İnanırıq ki, tezliklə bu layihələrin uğurla yekunlaşdırılmasına birlikdə şahidlik edə biləcəyik”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa