Polis Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu saxlayıb.
Məlumata görə, N.Kərimov şəxsi avtomobili ilə qəsəbədən çıxarkən Nardaranın giriş-çıxışında qurulmuş postda tutulub.
Onun Sabunçu rayon Polis İdarəsinə aparıldığı bildirilir.(Report)
***
Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.