Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Narkotacirlərin ayaq açdığı İNTERNET MƏKANI: "Çox vaxt kuryerlər narkotik daşıdıqlarını da bilmirlər"

“Narkomafiyaların internetin yaratdığı imkanlardan istifadə edərək narkotik satışlarını həyata keçirməsi artıq acı reallıqdır”.

Bu sözləri son zamanlar narkotik vasitələri satan narkokuryerlərin sayının kəskin şəkildə artması və narkotik vasitələrin onlayn qaydada satılmasının qarşısını almaq üçün zəruri addımlar haqqında danışarkən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında deyib.

İT mütəxəssisi qeyd edib ki, ölkədə fəaliyyət göstərən narkomafiyalar xaricdə olan narkotacirlərlə sıx əlaqədə olurlar və onlar üçün kuryerlik fəaliyyəti göstərirlər:

“Bu gün internet həyatımızın ayrılmaz hissəsidir. İnternetin özünün də müsbət və mənfi cəhətləri var. İnternetin imkanları artdıqca ondan yalnız faydalı məqsədlər üçün deyil, cinayət əməllərini həyata keçirmək üçün istifadə edənlərin də sayı artır. Məsələn, internet üzərindən narkotiklərin satışı sürətlə çoxalmağa başlayır. Narkomafiyaların internetin yaratdığı imkanlardan istifadə edərək narkotik satışlarını həyata keçirməsi artıq acı reallıqdır. Belə ki, sosial şəbəkələrdə müxtəlif adla şəxsi səhifələr açaraq onlayn narkotik satışı təşkil olunur. Əsas məsələ odur ki, onlar gizliliyi təmin etmək məqsədilə bir-birlərini yaxından tanımadan fəaliyyət göstərirlər. Çox vaxt kuryerlər narkotik daşıdıqlarını da bilmirlər”.

Bu bəla ilə mübarizə aparmaq üçün vətəndaşlarımızın daim aktiv olmasının vacibliyini bildirən Asif Rzayevə görə, internetin qaranlıq tərəfi adlanan “DarkNet”dən istifadə edən kiber cinayətkarlar kifayət qədərdir:

“Həmin şəxslərin ifşa edilməsində vətəndaşların, sosial şəbəkə istifadəçilərinin, bloqerlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin tez-tez bu mözvuda paylaşımlar etməsi, vətəndaşlarımızı maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Televiziya kanallarında, müxtəlif xəbər saytlarında bununla bağlı intensiv maarrifləndirmə reklamları göstərilməlidir. Sosial mediada informasiya təhlükəsizliyinə kompleks yanaşma tətbiq olunmalıdır. İnformasiyanın tamlığı təmin olunmalı və hər zaman təhdidlərlə mübarizə aparılmalıdır.

Həmçinin qeyd etmək istərdim ki, internetin qaranlıq tərəfi adlanan “DarkNet”dən istifadə edən kiber cinayətkarlar kifayət qədərdir. “DarkNet” barədə bir çox internet istifadəçisi məlumatsız olduğu üçün bu mövzuda bir az məlumat vermək istəyirəm. “DarkNet” açıq qara bazarın, narkotik satışının və digər qadağan olunmuş resursların toplandığı virtual şəbəkədir. Burada xüsusilə narkomanlar narkotik vasitələrinin alqı-satqısı ilə məşğul olurlar. Bu kimi halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları daimi olaraq saxta kimliklərin istifadə olunması ilə mübarizə aparırlar, təhlükəsizlik əməliyyatları həyata keçirirlər.

Nəticə olaraq qeyd edim ki, sosial mediada şüur və savadlılıq qabiliyyəti yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. Müxtəlif manipulyasiyalara ayıq olan mühit yaradılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

364
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100