Narkotik vasitə keçirmək cəhdi baş tutmadı
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Emin Çingiz oğlu Cəfərlinin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Tamilla Maqsudovna Ağayevanın və dayısı qızı Elnarə Eldar qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman vətəndaş E. E. İsmayılovanın alt paltarında gizlətdiyi kibrit qutusunun içərisindən xalis çəkisi 2,65 qram olan narkotik maddə – marixuana aşkar edilərək götürülüb.(apa)