!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotikin təsiri altında avtobus sürən şəxs həbs olundu

!Reklam – Yazi

Mayın 23-də saat 18:00-da Abşeron rayonu ərazisindəki postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan polis əməkdaşları onun barəsində protokolu tərtib edərək məhkəməyə göndəriblər.

Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv